Bakıda qəbiristanlıqdan sinə daşı oğurlandı: meyitin üstü açıq qalıb

Bakıda qəbiristanlıqdan sinə daşı oğurlandı: meyitin üstü açıq qalıb
Bakıda "Yasamal qəbirstanlığı" kimi tanınan ərazidən qranitdən olan sinə daşı oğurlanıb.

Miq.az  report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında qeydə alınıb.

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edən 1993-cü il təvəllüdlü Namiq Əliyev məlumat verib. Hadisənin qeydə alındığı "Yasamal qəbirstanlığı" kimi tanınan əraziyə Yasamal RPİ-nin əməkdaşları baxış keçirib.

Müəyyən olunub ki, N.Əliyevin mərhum qohumunun qəbirinin qırmızı qranitdən olan sinə daşı oğurlanıb. Nəticədə meyitin üstü açıq qalıb.
Bununla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az