“Bakılı oğlanlar”ın evindən 174 kiloqram narkotik çıxdı

“Bakılı oğlanlar”ın evindən 174 kiloqram narkotik çıxdı

Rusiya Federasiyası narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin keçirdiyi əməliyyat zamanı İlqar İmanov adlı azərbaycanlının evindən 174 kiloqram təmiz heroin aşkar olunub.

Vətəninfo.az xəbər verir ki, bu barədə idarənin rəisi Viktor İvanov açıqlama verib. Rusiya mətbuatı isə narkotikin “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun keçmiş üzvü İlqar İmanova aid olduğunu iddia edib.

İvanovun açıqlamasında  heroinin Moskvaya Orta Asiya ölkələrindən gətirildiyini və banan qutularında gizlədildiyini deyib.

Qurum rəisi SSRİ zamanında belə böyük həcmdə heroinin tutulmadığını deyib.

İvanov mütəşəkkil dəstənin izinə 2013-cü ilin yanvarından düşdüklərini bildirib.

Onun sözlərinə görə, İlqar İmanova məxsus villa iki tacik tərəfindən qorunurmuş. Əməliyyat zamanı kriminal aləmdə tanınmış şəxsin başçılıq etdiyi dəstə tutulub. Həbs olunanların sayının 6 nəfər olduğu xəbər verilir. Amma İlqar İmanovun həbsi barədə məlumat verilmir.

”Bakılı oğlanlar”  KVN komandasının üzvü  Tahir İmanov Publika.az-a açıqlama verib:

“Bizim komandada heç vaxt narkoman olmayıb. İçən olub, amma narkoman olmayıb. İlqar İmanova gəlincə, ümumiyyətlə,”Parni iz Baku” KVN komandasının bu adda üzvü olmayıb. Bu xəbəri yaymaqla  komandamızın adına ləkə gətirmək istəyirlər”.

“Boş-boş söhbətlərdir. Heç vaxt bizim komandada nə narkotik satan, nə də narkotik istifadə edən olmayıb. Elə şey mümkün deyil. Şükür Allaha, hamımızı üzdən gözəl tanıyırsınız. Qaldı ki, adını çəkdiyiniz o insana, komandamızda İlqar adlı üzv olmayıb”. Bunu isə Bəhram Bağırzadə deyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az