Ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar peyda olub.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, bulvarda bir neçə yerdə ilanla rastlaşılıb.
Bundan başqa da, şəhərin müxtəlif yerlərində sürünənlərə rast gəlinib. Hətta ilanlar insanları gediş-gəliş etdiyi ərazilərə də dadanıblar. Vətəndaşlardan biri "28 Mall”da ilanla rastlaşıb. İlanı ticarət mərkəzinin avtodayanacağında görüblər.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Bakı bulvarında ilanların peyda olması ilə bağlı BAKU.WS-də yayılan məlumatlara münasibət bildirib.
İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntülərindən çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.
Zooloq Xəzər sahilində də ilanlara rast gəlməni adi hal hesab edib:
"Bulvarda ilanların peyda olması ilə bağlı bizə məlumat daxil olmayıb. Amma orada ilanlar olsa belə, bu, adi haldır.
Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar. Onlar adətən qidalarını dənizdə qəbul edirlər, Günəş şüası qəbul etmək üçün sahilə çıxır, sonra yenidən dənizə qayıdırlar. Su ilanları insan üçün təhlükəli deyil".
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür