Rusiyanın "İskəndər" raketləri ilə Bakı şəhərini bombalamağı təklif edən Vladimir Yevseyev "Rusiya və Azərbaycan arasında mədəniyyətlərarası dialoqa əsaslanan mədəni körpülər" adlı tədbirdə dəvətsiz iştirak edib. İrəvan şəhərindəki Lazarev Klubunun iclasında Bakı şəhərini raketlenmesi ilə bağlı sözləri ona xatırlatdıqda, o, ilk növbədə hər şeyi inkar etməyə başladı. Daha sonra öz videosunu gördükdə, dəyirmi masa görüşündən rüsvayçılıqda qaçaraq Kostantin Zatulinin ofisində qapandı. Aydındır ki, K. Zatulin Vladimir Yevseyevi dəyirmi masada Rusiya-Azərbaycan danışıqları barədə məlumat toplamaq üçün göndərilib, Lakin nə Zatulin nə də Yevseyev jurnalist Fuad Abbasovla "mədəni ünsiyyət" gözləmirdilər.
Miq.az xəbər verir ki, bu olay Moskvada keçirilən "Rusiya və Azərbaycan arasında mədəni körpü beynəlxalq mədəni dialoqun əsası kimi” tədbirində yaşanıb.
Azərbaycanlı jurnalist Fuad Abbasov rusiyalı hərbi ekspert Vladimir Yevseyevdən işlətdiyi ifadəsinə görə izahat tələb edib.
Jurnalist bildirib ki, onu təəccübləndirən dəvət olunmamasına baxmayaraq, ermənil diasporunun böyük dostu sayılan ekspert Yevseyevin tədbirdə iştirakı olub. Yevseyev bir müddət öncə "Bakını "İsgəndər”lə bombalamaq” təklifini səsləndirib.
Azərbaycanlı jurnalist tədbirdən sonra Yevseyevə İrəvanda keçirilən "Lazarev klubu” toplantısında Bakıya zərbə endirilməsi barədə səsləndirdiyi fikri xatırladıb.
"Sizin sualınızın korrektəyə ehtiyacı var. Mən haranısa bombalamaq çağırışı etməmişəm”, - Yevseyev deyib.
Bunun ardınca Yevseyev müsahibədən imtina edib və gedib. Abbasov isə sualını davam etdirib:
- Siz tədbirə dəvət edilənlər siyahısında yoxsunuz. Bu tədbirə niyə gəlmisiniz?
Bundan sonra Yevseyev Kanstantin Zatulinin kabinetinə girib.