Bakının mərkəzində təhlükəli vəziyyət - Qatar avtomobillərin üzərinə sürdü - VİDEO

Bakının mərkəzində təhlükəli vəziyyət - Qatar avtomobillərin üzərinə sürdü - VİDEO
Bakının mərkəzində təhlükəli vəziyyət hökm sürür. 

Miq.az criminal.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində, ''PortBaku'' ilə üzbəüz avtomobillərin intensiv hərəkətdə olduğu yoldan dəmir yolu xətti keçir. Günün müxtəlf saatlarında həmin yoldan qatarlar hərəkət edir. Lakin həmin yolda nə tənzimləyici, nə də işıqfor var. Qatar keçən zaman tənzimləyici olmadan sürücülər özlərini təhlükəyə atmaqdan çəkinməyərək sürətlə qatarın qarşısından keçərək yollarına davam edirlər. 

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirdi ki, həmin yolda bir müddət əvvəl ağır qəza olmuşdu. Məhz bundan sonra yolda işıqfor qoyuldu. Bölmə rəisinin sözlərinə görə, həmin əraziyə baxış keçiriləndən sonra dəqiq fikir söyləmək və nəticəyə gəlmək mümkündür.
 

 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az