Bakıya gələn aktrisanın erotik videosu yayıldı - VİDEO (18+)
Son illərdə komediya filmlərinin böyük uğur qazandığı türk kinosunda dram janrında olan filmlər xəyal qırıqlığı yaradırdı.
Miq.Az-ın məlumatına görə, bu uğursuz gedişata "İkimizin Yerinə" filmi "dur" deyib. Serenay Sarıkaya və Nejat İşlerin baş rollarında iştirak etdiyi "İkimizin Yerinə" filmi kassa rekordlarını alt-üst edib. 21 oktyabr, cümə günü Türkiyədə yayımlanan film ilk 3 günlük kassa rəqəmləriylə son 10 ilin rekordunu qırıb. Film ilk 3 gündə 330 min adam tərəfindən izlənilərək "son on ilin ən yaxşı açılış edən eşq filmi" olma müvəffəqiyyətini göstərib.
Film eyni coşqu ilə Azərbaycanda nümayiş edilib. Filmin qala gecəsinə Serenay Sarıkaya və Zerrin Tekindor gəlib.
Xatırladaq ki, Bakıya qonaq gələn məşhur türkiyəli aktrisa Serenay Sarıkayanın "İkimizin yerine” filminin qala gecəsindəki geyimi başına bəla olub. Aktrisa mini libası ilə diqqət cəlb edib. Bütün gecə əli libasında olan, güclə stulda oturan aktrisa çətinliklə suallara cavab verib. Səmimi Serenay gecəboyu jurnalistlərin suallarını cavablandırıb.
Miq.az