Bakıya yalnız bu şəxslər qayıda bilər - Rəsmi

Bakıya yalnız bu şəxslər qayıda bilər - Rəsmi
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən(BBAK) şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir.

Miq.Az xəbər verir ki, bu barədə məlumatı BBAK-ın mətbuat katibi Pərvin Məmmədov qeyd edib. O bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq.

Qeyd edək ki, sərnişinlər reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda [email protected] email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Feysbuk səhifəsinə yaza bilərlər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az