Bağlanan 11 banka krediti olanlara XƏBƏRDARLIQ

Bağlanan 11 banka krediti olanlara XƏBƏRDARLIQ

Əmanətlərin Sığortalanması Fondunun ləğv olunmuş 11 bank qarşısında öhdəliyi olan şəxslərə müraciət edib.
"APA-Economics” xəbər verir ki, fondun icraçı direktoru Azad Cavadov kredit götürən şəxsləri öz öhdəliyini yerinə yetirməyi çağırıb: "Mən burdan səslənərək bildirmək istəyirəm ki, hər kəs götürdüyü krediti qaytarmalıdır. İnsanlar düşünür ki, əgər bank bağlandısa, deməli krediti qaytarmamaq olar. Bu, elə deyil. Əksinə, siz krediti qaytarmalısınız. Krediti ödəməlisiniz ki, qorunmayan əmanətçilərin əmanətlərini ödənilsin”.

A. Cavadov əmanətlərini hələ də götürməyən əmanətçilərə də müraciət edib: "Əmanəti olan şəxslər əmanətlərini gəlib götürmür, bu da bizim işimizi ləngidir”.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az