"Neftçi"nin Braziliyada rəsmi işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov "Marakana" muzeyinin nümayəndələri ilə görüşüblər.
Görüşdə Azərbaycan futbol tarixinin ən köklü klubu olan "Neftçi" barədə məlumatlar verilib.
Daha sonra peşəkar karyerası ərzində yalnız "Neftçi"də oynamış Anatoli Banişevskinin "Marakana"da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb. Sonda əfsanəvi futbolçu A.Banişevskinin forması muzeyə hədiyyə edilib. Bundan sonra Braziliyanın futbol iqamətgahı sayılan bu stadionda yerli azarkeşlər "Neftçi"nin əfsanəvi "9" nömrəsinin formasını da görə biləcəklər.
Qeyd edək ki, Anatoli Banişevski 21 noyabr 1965-ci il tarixində Braziliyanın "Marakana" stadionuna toplaşmış 132 min azarkeşin qarşısında keçirilmiş Braziliya - SSRİ matçında başı ilə uzaq məsafədən vurduğu qolla adını tarixə yazdırıb. Qoldan sonra Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik edib. Braziliyalıların yaddaşında "qızıl baş" ləqəbi ilə qalan əfsanəvi futbolçu bu günə kimi də "Marakana" stadionunda qol vurmuş yeganə azərbaycanlı futbolçudur.

Virtualaz.org
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT