Bank sədri maaşını qaçqınlara verəcək

Bank sədri maaşını qaçqınlara verəcək
Finlandiya Bankının sədri Erkki Liikanen öz aylıq əmək haqqını miqrantlara verəcək.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bank sədri Qırmızı Xaç Cəmiyyətinin aksiyası çərçivəsində bu addımı atacaq:
"Mən Qırmızı Xaç Cəmiyyətinin aksiyasına qoşuluram və aylıq əmək haqqımı – 10 min avronu təşkilatın hesdabına köçürürəm. Mən bilirəm ki, bu vəsait daha çox ehtiyacı olan insanlara çatacaq” .  
Erkki Liikanen 2004-cü ildən Avropa Mərkəzi Bankının idarəedici şurasının üzvüdür. Bundan qabaq, Finlandiya baş naziri Yuha Sipilya paytaxt Helsinkidə yaşayacağı üçün gələn ilin əvvəllərindən Kempele şəhərindəki evini miqrantlara verə biləcəyini söyləyib.      


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az