Bankların fəaliyyəti izlənilir - VİDEO

Bankların fəaliyyəti izlənilir - VİDEO

Nazirlər kabinetinin sonuncu toplantısında dövlət başçısı İlham Əliyevin ölkədə bankların əhaliyə yalnız istehlak krediti verməsi barədə tutduğu irad hələ də müzakirə mövzusudur. Banklar prezidentin iradından nəticə çıxarmağa çalışırlar.

Milli Bank isə bankların biznes kreditlərinin həcmini artırması üçün addımlar atmağa başlayıb. Vətəninfo.az ANS TV-yə istinadən xəbər verir ki, kommersiya banklarının biznes deyil, daha çox istehlak kreditlərinə meyl etməsi Mərkəzi Bankın da diqqət mərkəzindədir. Mərkəzi Bankdan bildirirlər ki, bankların istehlak kreditləşməsinə olan maraqlarına baxmayaraq, bu kreditlərinin bankın kredit portfelindəki payı 25-26 % dərəcəsi arasında dəyişir. Bankların daha çox istehlak kreditləşməsi aparması prosesi xeyli müddətdir Mərkəzi Bank tərəfindən izlənilərək bu sahədə aktivliyin aradan qaldırılması üçün artıq bəzi addımlar da atılıb. Görülən tədbirlər nəticəsində istehlak kreditləri üzrə artIm templəri iki dəfə azalıb. Mərkəzi Bank bu sahədə apardığı islahatları davam etdirəcək.

Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun sözlərinə görə, avtomobil kreditləri var idi: “Həddindən artıq çox idi. Biz bu məsələni aradan qaldırmaq üçün məhdudlaşdırdıq və bu çəkinin azaldığını müşahidə edirik. Amma başqa addımlar da atılmalıdır”.

Baş direktor kommersiya banklarının istehlak kreditlərinin verilməsinə olan marağın səbəblərini də izah etdi.

Rəşad Orucov deyir ki, banklar bir risk institutu olaraq risklərini divesifikasiya etmək istəyirlər: “Buna görə kiçik kreditlərin verilməsində maraqlıdırlar. Bundan əlavə onların əldə etdiyi qazanc da var ki, bu biznes kreditlərindən daha yuxarı bankların kredit portfelinin çoxunu biznes kreditləri təşkil edir. Banklar biznes kreditləri verməkdə maraqlı olmasa da sahibkarlar bu vəsaitləri almaqda maraqlıdırlar”.

Keçirdiyi son müşavirədə dövlət başçısı İlham Əliyev də özəl bankların istehlak deyil, iqtisadiyyatın real sektoruna qoyulan biznes kreditlərinin verilməsinə üstünlük verməmələri ilə bağlı irad bildirmişdi.

Vətəninfo.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az