Barıt zavodunda partlayış: yaralananlar var

Barıt zavodunda partlayış: yaralananlar var
Rusiyanın Tambov şəhərindəki barıt zavodunda baş vermiş partlayış nəticəsində 3 nəfər ağır yaralanıb.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə regionun fövqəladə hallar xidmətinin məlumatında deyilir.
İlkin versiyaya görə, partlayış barıtın qurudulması prosesi zamanı baş verib. Sahəsi 600 kv. m olan birmərtəbəli bina tamamilə məhv olub. Dağıntılar altında insanların qalıb-qalmadığı hələlik məlum deyil.  
 Tambov Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti isə zavodun məhsulları yer alan yük maşınında partlayışın baş verdiyini açıqlayıb. "Beş nəfər xəsarət alıb. İkisi Tambov xəstəxanasına, 3-ü isə Kotovsk xəstəxanasına yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Zavoddan partlayışla bağlı şərh verməkdən imtina ediblər. Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin və digər xidmətlərin əməkdaşları çalışırlar.
 Qeyd edək ki, barıt zavodu Tambov vilayətinin Kotovsk şəhərində yerləşir. Müəssisə müxtəlif silah növləri, bütün kalibrli artilleriya sistemləri üçün piroksil barıtı istehsal edir.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az