Baş həkim: “İmkan verin Fatiməni öldürən cəzasını alsın...”

Baş həkim: “İmkan verin Fatiməni öldürən cəzasını alsın...”

Masallıda toyundan 17 gün sonra əri tərəfindən öldürülən 16 yaşlı Fatimə Qəmbərova vərəm xəstəsi olub.

Bunu Qaynarinfo-ya açıqlamasında Masallı rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Cəlil Nəzərov deyib. 

Onun sözlərinə görə, mərhum xəstəxanada qeydiyyatda olub: "Fatimə xroniki vərəm xəstəsi kimi xəstəxananın qeydiyyatında olub. Amma müayinə edilib, müalicə alıb, sağalıb. Onu öldürüblər, vərəm xəstəsinin buna nə aidiyyatı? Vərəm xəstəliyi ilə bağlı xəstələrin müalicəsinin xərci dövlət tərəfindən ödənilir, yəni pulsuzdur. Aranı qarışdırmaq lazım deyil, imkan verin onu öldürən cəzasını alsın".

Qeyd edək ki, sosial şəbəkələrdə 16 yaşlı Fatimə Qəmbərovanın vərəm xəstəsi olması barədə məlumatlar yer alıb. Həmin məlumatlara görə, valideynləri onu müalicə etmək üçün maddi imkanlarının olmadığını qeyd ediblər.

Yanvarın 29-da Masallının Xoşçobanlı kənd sakini 19 yaşlı İman Qəmbərov iki həftə öncə ailə qurduğu 16 yaşlı Fatimənin öldürüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az