Baş nazir and içmədi
Yunanıstanda bazar günü keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn keçmiş baş nazir Aleksis Tsipras vəzifəsinin icrasına başlayıb.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, dini mərasim istəməyən ilk lider olan
Tsipras president Pavlopoulosun qarşısında höküməti qurmaq üçün müvafiq
sənədə imza atıb.
Qələbəsindən əmin olan Tsipras artıq
"Müstəqil yunanlar" (ANEL) partiyasının lideri Panos Kammenosla koalisiya yaradılması
haqqında danışıqlara başlayıb. "SİRİZA" nümayəndələrindən biri
Yunanıstanın yerli mətbuatına məlumat verərək bildirib ki, Tsipras və
Kammenos hakimiyyətdə əməkdaşlıq etmələrini təsdiqləyiblər.

Aleksis Tsiprasin dini ayinlərin icra olunmadığı andiçmə mərasimi
35,53% səslə qalib olan Aleksis Tsipras ikinci dəfə Yunanıstanın baş naziri seçilib.
Tsipras çərşənbə axşamı hökümət üzvülərinin adlarını ictimayyiətə
açıqlayacaq. Parlamentdə 145 millət vəkili yerinə sahib ola bilməyən
keçmiş baş nazir ölkəni 10 deputatla parlamentə daxil olan
Panos Kammenosla birlikdə idarə edəcək.
Yunanıstan əhalisinin 9.8 milyonu səsvermə hüququna malikdir. Seçkilərdə
19 partiyadan 7–nin tələb olunan səs sayını toplayıb parlamentdə təmsil
olunma şansı var idi. Namizədlərin hər biri iqtisadi yüksəlişin
olacağına söz verib və öz seçki kampaniyalarını iqtisadiyyat üzərində
qurublar.

Yunan gəncin seçki həyəcanı
Seçki kampaniyasında Avropalı kreditorların tələblərinə "hə" deyənlərlə
deməyənlər arasında kəskin fikir ayrılığının olduğu müşahidə edilirdi.
Borc bataqlığından boğulan qədim
Ellada ölkədə keçirilən 3 seçkilərə 110 milyon avro pul xərclənib. Təkcə
bazar günü keçirilən seçkilərə 36.7 milyon avronun xərcləndiyi deyilir.
Yunanıstan bir müddət əvvəl Avropalı kreditorlarla iqtisadi yardım üçün
daha 86 milyard avro ayrılması barədə razılığa gəlib. Avroqrupun rəhbəri
Yerun Deysselblum deyib ki, Afinaya yardım müzakirələri zamanı fikir
ayrılıqları olsa da, nəticədə bütün mübahisəli məsələlər yoluna qoyulub.

Aleksis Tsipras və Panos Kammenos