Baş prokuror Namiq Məmmədovu işdən çıxartdı

Baş prokuror Namiq Məmmədovu işdən çıxartdı

Yeni Baş prokuror Kamran Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxarıb.

Miq.Az BakuPost-a istinadən xəbər verir ki, bu gün verilən əmrlə Baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Namiq Nəriman oğlu Məmmədov vəzifəsindən azad edilib.

Baş prokirorun digər əmri ilə N.Məmmədov kiçik vəzifəyə təyin edilib.

Bundan sonra o, FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi çalışacaq.

Qeyd edək ki, əvvəllər daxili işlər orqanlarında çalışan N.Məmmədov sabiq Baş prokuror Zakir Qaralovun uzun illər köməkçisi olub və onun ən yaxın adamlarından biri hesab edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az