Baş prokuror: Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək

Baş prokuror: Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

"Report"un məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:

"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az