Baş prokurordan Bakıdakı dəhşətli cinayət barədə AÇIQLAMA

Baş prokurordan Bakıdakı dəhşətli cinayət barədə AÇIQLAMA

"Bu, dəhşətli hadisədir. Bizi çox narahat edir. Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir. Artıq bunun araşdırılması üçün tərəfimdən ciddi tapşırıq verilib”.

Miq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda beş ailə üzvünün qətlə yetirilməsi barədə Real TV-yə danışarkən deyib.

"Belə şəxslərin azadlıqda olması cəmiyyət üçün təhdiddir. Bununla bağlı təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub və cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik”, - deyə Kamran Əliyev bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az