Baş Prokurorluq “Kərimli-Gülən” işi üzrə həbslərə başlayıb

Baş Prokurorluq “Kərimli-Gülən” işi üzrə həbslərə başlayıb
Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə Fətullah Gülən tərəfdarlarının işi üzrə həbslər aparır.

Virtualaz.org bildirir ki, Gülən sektasının Əli Kərimli qruplaşması ilə əlaqələrinin təhqiqatının nəticəsi olaraq, həbslər və axtarışlar başlayıb.

Xalq Cəbhəsi Partiyasının Xətai gənclər təşkilatının rəhbəri Fuad Əhmədli saxlanılıb. Hazırda o, Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasında həbsdədir.

Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr, "Gülən camaatı” adlandırılan qrupun üzvləri, "Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər aşkar edilib.

Bu gün isə Əli Kərimlinin köməkçisi, "Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb.

Faiq Əmirli saxlanılandan sonra Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları onun yaşadığı evdə axtarış aparıb.

Qeyd edək ki, Əli Kərimli ilə Fətullah Gülənin əlaqələri barədə daha öncə jurnalist Eynulla Fətullayev yazmışdı.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az