Baş Prokurorluqda növbəti kadr dəyişikliyi — İdarə rəisi vəzifəsini itirdi

Baş Prokurorluqda növbəti kadr dəyişikliyi — İdarə rəisi vəzifəsini itirdi

Yeni Baş prokuror Kamran Əliyev Zakir Qaralovun bir neçə ay əvvəl təyin etdiyi rəisi işdən çıxarıb.

Miq.Az-ın  xəbərinə görə, K.Əliyevin imzaladığı əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Fərid Nağıyev vəzifəsindən azad olunub.

Həmin vəzifəyə İsayev Orxan Elşad oğlu təyin edilib.

İşdən çıxarılan rəis Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Bundan sonra Fərid Nağıyev qurumun İstintaq İdarəsinin rəis müavini vəzifəsini icra edəcək. (Bakupost)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az