Baş Prokurorluqdan 4 nəfərin qız zorlaması ilə bağlı açıqlama

Baş Prokurorluqdan 4 nəfərin qız zorlaması ilə bağlı açıqlama

Azərbaycan Respublikası Baş Prokurorluğu Tovuz rayonunun Əyyublu kənd sakininin həmkəndliləri tərəfindən zorlanması faktı ilə yayılan informasiyalara aydınlıq gətirib.

Prokurorluqdan bildirilib ki, bəzi KİV-lərdə bəzi kütləvi informasiya vasitələrində Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə Tovuz Rayon Polis Şöbəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qəti imkan tədbiri seçilməməsi barədə informasiyalar dərc edilmişdir.

Prokurorluq həmin informasiyaları təkzib edərək bildirib ki, Tovuz Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində martın 30-da rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir: “Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xəbərdarlıq edirik ki, cinayət işləri üzrə ibtidai araşdırma məlumatlarının yayılmasına cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az