Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı

Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı
Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az