Baş redaktorun məhkəməsi başlanır

Baş redaktorun məhkəməsi başlanır

"Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin məhkəməsi başlanır.

VİZUAL.az xəbər verir ki, işə Yasamal rayon Məhkəməsində baxılacaq.

Baş redactor CM-nin 306.2 maddəsi ilə təqsirləndirilir. Məhkəmə hazırlıq iclası, bu gün saat 12.30-a təyin edilib.

Dövlət ittihamçısı Bakı şəhər Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin rəisi Abdulla Yusifovun, Bakı şəhər Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

Məlumat üçün qeyd edək ki, Vergilər Nazirliyi Audit Departamenti Şirin Cəfəri barəsində tətbiq etdiyi 68 244 (altımış səkkiz min iki yüz qırx dörd) manat cərimə məbləği ilə o, cərimə olunub.

Bundan sonra Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq işi aparılıb.

İstintaqın yekununda Vergilər Nazirliyinin yuxarıda qeyd etdiyimiz cərimənin faizini də nəzərə alsaq, Şirin Cəfəriyə ümumilikdə 71 478 (yetmiş birmin dördyüz yetmiş səkkiz) manat 16 (onaltı) qəpik cərimə həddi təyin edilib.

İsintaq işi yekunlaşdıqdan sonra, toplanmış iş materialları Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilib. 20 may 2013-cü il tarixdə isə, həmin məbləğ də Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılıb.

Şirin Cəfəriyə 3 il şərti, 2 il isə sınaq müddəti ilə məhkəmə hökmü elan edilib. Şirin Cəfəri çıxarılmış qərarın saxta ittihamlar əsasında verildiyini bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az