Başçı ilə sahibkarın 600 minlik çəkişməsi – Şikayət

Başçı ilə sahibkarın 600 minlik çəkişməsi – Şikayət

"Samir İstehsalat” MMC rəhbəri Nəsrulla Nəzərov Jam.az-a müraciət edib.

VİZUAL.az-ın məlumatına görə, adıçəkilən şirkət 2004-cü ildə yaradılıb və ilk olaraq 20 nəfərlə işə başlayıb: "Heç bir il çəkmədi ki, iş yerlərinin sayını 200 nəfərə çatdırdıq.

2006-cı ilin sonunda Vilyam Hacıyevin Samux rayon icra başçısı təyin olunmasından sonra yaratdığımız «Samir İstehsalat» MMC-nin qara günlərə başladı.

Belə ki, 2007-ci ilin sonuna qədər Samux rayon İcra Hakimiyyətinin bizim şirkətə 600 min manat borcu yarandı. Həmin pulu Vilyam Hacıyevdən istədikdə, icra başçısı bizə təzyiqlər etdirməyə başladı. Əsassız yoxlamalara satrt verildi”.

Nəsrulla Nəzərov qeyd edir ki, bu əsassız yoxlamalar iki ildən sonra öz «bəhrəsini verib». Onun sözlərinə görə, baş verənlərdən sonra 200 nəfər şəxsin işlədiyi şirkət bağlanıb.

"Vilyam Hacıyev 100 min manatı nağd şəkildə məndən aldı. İllərdir bizim şirkət məhkəmələrdə süründürülür. Bu gün də proses davam edir. Halal pulumuzu ala bilmirik. Dəfələrlə yuxarı instansiyalara müraciət etsək də, heç bir faydası yoxdur».

 

«Samir İstehsalat» MMC-nin rəhbəri Prezident İlham Əliyevə müraciət edərək bildirib ki, o, əlindəki dəlil və sübutları dövlət başçısına təqdim etməyə hazırdır.

Qeyd edə ki, İmişlinin icra başçısı ilə sahibkarlar arasında ciddi konflikt yaranıb. Bu konfliktə səbəb isə sifariş əsasında görülən işlərə görə pulların ödənilməməsidir.

İcra başçısı Vilyam Hacıyevlə sahibkarlar arasındakı borc qalmaqalı təqribən 9 milyon manatlıq bir söhbətə bağlıdır. Yəni, icra başçısı iş adamlarına iş gördürərək, onlara qeyd olunan qədər borcu yaransa da, ödəməkdən imtina edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az