Texnologiya Universitetinin rektoru Akif Süleymanovla bağlı bir qrup tələbə adından müraciət ünvanlanıb.
VİZUAL.azdia.az-a istinadla xəbər verir ki, müraciət müəllifi olan tələbələr təhsil müəssisəsində rüşvətin əvvəlki qaydada yığıldığını xatırladıblar.
"Bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir. Bu isə rektor üçün əlavə bazar deməkdir. Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata aylığa buraxıb”, - deyə müraciətdə vurğulanıb.
Məktubda bildirilir:
"Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb. Bu faktları təhsil nazirliyi araşdırmır, çünki nazirliyin özündə də bu işdə maraqlı olan qüvvələr var.
Rektor nümayişkaranə formada hər kəsə bəyan edib ki, bu ölkədə kimsə ona "bata bilməz":
Bütün bu iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA