Batyanın Bakıda çıxışı Serji niyə dəli etdi? 6 şok səbəb

Batyanın Bakıda çıxışı Serji niyə dəli etdi? 6 şok səbəb

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıda Prezident İlham Əliyevlə keçirdiyi tədbirdə qəfildən Serj Sərkisyanla məxfi söhbəti açıqlaması müzakirələrə səbəb olub.

Əslində, Lukaşenko sirr açmırdı, bir müddət öncə yayılan videodakı danışığı təsdiqləyirdi. Həmin videonu isə 44 günlük Vətən müharibəsindən sonra Serjin ofisi yaymışdı. İlkin baxışda Serjin ofisinin yaydığı gizli səs yazısını Lukaşenkonun Bakıda təsdiqləməsi Ermənistanın əski və əskik prezidentinin maraqlarına uyğun olmalıydı və o, normal reaksiya göstərməliydi. Əvəzində isə Serjik Lukaşenkonun ünvanına ağır və dolaşıq bir ismarış göndərdi, hiss olunur ki, Serjik Batyanın bu məsələni gündəmə gətirməsindən dəhşətli dərəcədə narahat olub.

Serjikin "atmacasına” diqqət edək. 1 mart hadisələri, o cümlədən 1999-cu il parlament gülləbaranı ilə ermənilərin özlərini həvəslə qırmağa hazır olduğunu təsdiqləyən (bu zehniyyətin Xocalı soyqırımını "azərbaycanlılar bilməliydilər ki...” sözləri ilə əsaslandırmasından buna görə təəccüblənmək lazım deyil) Serjik erməniliyin xəstə düşüncəsini azərbaycanlılara aid etməyə çalışır, "heç kəsə azərbaycanlılar kimi qonşu arzulamıram” deyir və şərəfsizcəsinə bildirir ki, azərbaycanlılar hətta "Minsk də qədim Azərbaycan şəhəridir” deyə bilərlər.

Bu, Serjin əxlaqının izharıdır. Rusiyanın, Azərbaycanın, Türkiyənini ərazilərinə iddia edən, bunu hər yerdə ifadə edən lənətəgəlmiş məxluqlar öz xislətlərini bizim adımıza yazmağa, bizim sərvətlərimizi isə mənimsəməyə adət ediblər.

Əsl erməni simasıdır və bunlar heç vədə, min il sonra da - son erməni bu dünyadan rədd olunca bitməyəcək.

Serj davamında deyir: "Yaxın (yaxşı) dostu İlhamın ideyalarını dünya haqqında universal ideyalarla birləşdirməsi üçün Aleksandr Lukaşenkoya yağlı bağlama göndərin”.

Məsələnin mahiyyəti bu deyimdədir. Lukaşenkonun Bakıdakı etirafı Serji niyə özündən çıxarıb - əgər həmin videonu öz ofisi yayıb, Serjdən qəhrəman obrazı düzəldirdisə...

Ona görə ki, Lukaşenko 44 günlük müharibədən dərhal sonra yayılan o videonun niyə və hansı səbəblə yayıldığından xəbərdar idi və o, adının Serjin təbliğatında istifadə edilməsinə imkan verməyəcəyini qəti şəkildə bildirdi. Necə?

Serjikin ofisi o videonu Teleqram kanallarına ötürdükdən sonra medianın suallarını guya "naz edərək” cavablandırmış və dərhal da əsl niyyətini – tarixi elan etmişdi: guya bu səs yazısı 2016-cı ilin sentyabrında olub.

Əslində isə Rusiya mediası 5+2 rayonun azad edilməsi qarşılığında Azərbaycanın Ermənistana 5 milyard dollar verməyə hazır olduğunu 2014-cü ildə yazmışdı. 2014-cü ilin avqust ayında isə bu təklifin Lukaşenko tərəfindən Serjin diqqətinə çatdırıldığı bildirilmişdi 

Serjin yaydığı videoda onun əslində 5 milyarda yaxın durmadığı, "mən ona 6 milyard təklif edirəm, qoy o torpaqlardan imtina etsin” deməsi ilə danışıq "bitir”. Amma Rusiya mediası hələ 2014-cü ildə yazmışdı ki, Azərbaycan 5 milyard təklif edir, Serj isə 10 milyard istəyir, danışıqlar Avropada gedir.

Yəni Serj əslində işğalda saxladığı torpağı qaytarmamaq yox, neçəyə qaytarmaq barədə danışıqlar aparıb: başqa sözlə, alver edib, alverçidir!

2016-cı ilin Aprel savaşından sonra Azərbaycanın əvvəlki təkliflərinin hamısı qüvvədən düşmüşdü. Azərbaycan Ordusunun 45 dəqiqəyə "keçilməz Ohanyan səddini” yarması və 2 gün ərzində 4 rayona girməsi, ildırımsürətli hücumu Ermənistanı şoka salmışdı və Ermənista Rusiyaya müharibəni dayandırmaqla bağlı yalvarmışdı. Əvəzində isə Serj öhdəlik götürmüşdü və bir neçə aya işğalda olan ərazilərin qaytarılması, azərbaycanlıların keçmiş Dağlıq Qarabağ ərazisinə də qaytarılacağı vədini Putinin zəmanəti altında vermişdi. Sonradan o, bu öhdəlikdən qaçmaq üçün əvvəlcə seçki keçirildiyini bildirib vaxt istədi, daha sonra hakimiyyəti Nikol Paşinyana ötürdü ki, məsuliyyətdən qaçsın.

Lukaşenko məhz Bakıda elan etdi ki, prezident olduğu üçün çox şeyləri deyə bilmir, amma prezident olmayanda "İlham Əliyevin atdığı addımlar haqda çox yaxşı şeylər danışacam”!

Bu, Serjə birinci, həm də Bakıdan edilən xəbərdarlıq idi!

İkincisi, Lukaşenko İlham Əliyevin Moskva Beynəlxalq İnstitutunu bitirdiyini xüsusi vurğulamaqla, onun MDB məkanındakı liderlər arasında ən intellektlisi olduğunu açıq şəkildə dedi.

Hər prezidentin, hər kişinin işi deyil bu sözləri desin! Lukaşenko İlham Əliyevin onun özündən belə intellektli olduğunu dilə gətirirdi. Bu sözlərin dərhal ardından isə sözügedən əhvalatı – Serjlə olan gizli danışığı açıqladı.

Bu, Batanın Serjə ikinci zərbəsi idi – yəni İlham Əliyev Serjdən qat-qat üstün siyasətçi və müqayisəyəgəlməz dərəcədə intellektli adamdır.

Üçüncüsü, Lukaşenko əslində İlham Əliyevin bu təklifinin məhz müharibədən qaçmaq, qan tökülməsinin qarşısını almaq niyyəti ilə edildiyini bildirdi. Batya Bakıdan bir daha dünyaya duyurdu ki, İlham Əliyev ərazilərin sülhlə qaytarılması üçün hər şey edib, hətta milyardlarla dollar da təklif edib, ancaq Serj imtina edib.

Batya müharibə tərəfdarının kim olduğunu az qala barmağını İrəvana tuşlamaqla göstərdi. Ancaq "Paşinyandan əvvəlki” sözlərini də anında əlavə etdi.

Dördüncü: Lukaşenko müharibədən sonra Serjin ofisinin yaydığı videodan siyasi xeyir götürməməsi üçün o qədər həssas vurğular etdi ki, Serjik yanıb-tökülməyə bilməzdi.

Lukaşenko İlham Əliyevin torpaqların azad edilməsinə görə pul təklif etdiyini deyəndə qəfildən İlham Əliyevə dönərək, "bu, neftin 100 dollardan baha olduğu vaxtlar idi” sözünü sanki adidən adi məsələni xatırladırmış kimi vurğuladı.

Əlbəttə elə deyildi! Əlbəttə Batya bu sözü dostu İlham Əliyevə təsdiqlədərək, birbaşa Serjikə mesaj yollayırdı.

Neftin bir barrelinin 100 dollardan yüksək olduğu tarix 2014-cü ilin iyunudur. 2014-cü ilin noyabrında neftin bir barreli artıq 74 dollar idi. Daha sonra neft lap ucuzlaşdı və 2015-2016-cı illərdə bir barreli 30-40 dollara qədər gerilədi.

Batya məhz bu sözlə Serjin bütün təbliğatını darmadağın etdi. Serj o videonu yaymış, hadisənin 2016-cı il sentyabr ayında baş verdiyini bildirmiş, öz alverçi çıxışını kəsmiş və "torpağı verməyən mübariz” imici yaratmağa çalışmışdı.

Lukaşenko isə bu müzakirənin ən geci 2014-cü ildə baş verdiyinə işarə edərək, 2016-cı ilin aprelindən sonra Serjin torpaqları azad etmək barədə öhdəlik götürdüyünü rəsmən təsdiqləmiş oldu.

Yəni Serjin bütün seçkiqabağı və Paşinyana qarşı təbliğatının içinə zibil qoydu və bu mesajı Serj çox yaxşı qanır.

Beşincisi: Batya Bakıda eyham vurdu – daha çox şey bilirəm, açsam, Serji bitirərəm.

Altıncısı: Batya məhz bu məqamda İlham Əliyevə birbaşa "sən” deyə müraciət etdi və qarşı tərəfin də ona "sən” dediyini nümayiş etdirməsinə nail oldu.

Bu, növbəti mesaj idi: İlham Əliyevlə şəxsi münasibətimiz bu qədər səmimidir! Nə ölkələrimiz arasında həll olunmayan bir məsələ var, nə də şəxsi zəmində! Ölkələrimiz də dostdur, liderləri də!

Serj cəmi iki dəqiqəlik çıxışla onun paxırını açıb, siyasi təbliğatını məhv edən Lukaşenkoya ona görə yanıqlıdır! Başqa necə cavab verməli idi ki! İllah ki, adamın hansı səviyyədə olduğunu da Batya Bakıda dolayısı ilə demişdi...(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az