Baydendən Ərdoğana bir cümləlik cavab: “Artıq oradan keçmişik”

Baydendən Ərdoğana bir cümləlik cavab: “Artıq oradan keçmişik”

ABŞ Prezidenti Co Bayden həftə sonu istirahətini bitirib Ağ Evə qayıtdıqdan sonra ona verilən ilk sual Türkiyə ilə bağlı olub.

Miq.Az xəbər verir ki, ABŞ liderindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan ikinci "S-400” partiyasının alınacağı ilə bağlı açıqlaması soruşulub.

Jurnalistlərin suallarını cavablandıran Bayden buna bir cümlə ilə cavab verib: "Artıq oradan keçmişik”.

Prezident Ərdoğan Türkiyənin Rusiyadan ikinci partiya "S-400” almağı planlaşdırdığını söylədikdən sonra ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az