Baydendən Türkiyəyə qarşı skandal ittiham: “Bizə təhlükə yaradır”

Baydendən Türkiyəyə qarşı skandal ittiham: “Bizə təhlükə yaradır”

ABŞ Prezidenti Co Bayden Suriyada fövqəladə vəziyyət rejimini daha bir il uzaldıb.

Miq.Az xəbər verir ki, Bayden məsələ ilə əlaqədar Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə göndərdiyi məktubda Türkiyədən də bəhs edib.

ABŞ prezidenti Türkiyənin Suriyadakı əməliyyatının İŞİD-lə mübarizəyə zərər verdiyini bildirib.

Bayden məktubunda yazır:

"Suriyadakı situasiya və bununla əlaqədar hallar, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hərbi hücuma keçməsi İŞİD-i məğlub etmək səylərini alt -üst edir”.

Amerika başçısı Türkiyəni bölgədə sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla da təhdid etdiyini bildirib. O, bununla Suriyada ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükənin yarandığını bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az