“Bayraktar” işğal edilmiş əraziyə yaxınlaşdı – Qırıcılar dərhal qaldırıldı

“Bayraktar” işğal edilmiş əraziyə yaxınlaşdı – Qırıcılar dərhal qaldırıldı

Rusiya Müdafiə Nazirliyi Qara dənizdəki son gəlişmələrlə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada ABŞ-ın MQ-9 Reaper və Türkiyənin "Bayraktar TB2” PUA-larının Krım yaxınlığında birlikdə kəşfiyyat və müşahidə uçuşu həyata keçirdiyi və bunun Moskva tərəfindən izləndiyi bildirilib.

"Rusiya avqustun 22-də ölkə sərhədinin mümkün pozulmasının qarşısını almaq və elektron kəşfiyyat PUA-larına qarşı iki döyüş təyyarəsi qaldırıb. Bundan sonra PUA-lar uçuş istiqamətlərini dəyişərək kəşfiyyat apardıqları ərazini tərk ediblər”, - açıqlamada deyilir.

Bu, ABŞ və Türkiyə PUA-larının ilk rəsmi missiyası kimi qeydə alınıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az