Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov rayonlarda Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında əmr imzalayıb.
Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, əmr bu il sentyabrın 24-25-də Qurban bayramının keçirilməsi ilə əlaqədar respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsilməsinin qarşısını almaq məqsədilə imzalanıb.
Əmrdə rayon, şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılıb ki, Qurban bayramı ilə əlaqədar olaraq rayon və şəhərlərdə heyvanların kütləvi halda satışı və kəsildiyi yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirsinlər.
Rayon, şəhər baytarlıq idarələri bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytar mütəxəssislərini təhkim etməli, rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlığı barədə Baytarlıq Şəhadətnaməsinin olmasını müəyyənləşdirməli və bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görməlidirlər.
Əmrin icrasına nəzarət rəis müavini Balarəhim Quliyevə tapşırılıb.
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”