Məktubda deyilir:
"Cənab sədr Şults. Sizinlə həm Azərbaycanda qadınlarla bağlı həyata
keçirdiyim fəaliyyət haqqında təəssüratlarımı (uzun illərdir qadın
hüquqları sahəsində çalışıram), həm də Avropa Parlamentinin
sonuncu qətnaməsi ilə bağlı dərin təəssüfümü bölüşmək istərdim.
Azərbaycan xalqı özünü avropalı hiss etmək istəyir, lakin bizim
addımlarımız onları yenidən Rusiyanın təsiri altına atır.
Bir qrup azərbaycanlı qadınla birlikdə Avropa Parlamentinin
Azərbaycana qarşı qəbul etdiyi son qətnaməni oxudum. Tərəfdaşlar
arasında olan problemlərin və məsələlərin aradan qaldırılmasının
müxtəlif yolları mövcuddur. Təəssüf ki, bu qətnamə nə konstruktiv, nə də
haqlı mahiyyət daşıyır. Avropa İttifaqının
Şərq qonşuluğunda çoxsaylı problemlər mövcuddur və bu cür yanlış
qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda
Aİ-nin regiondakı gücünü azaldır. Əgər biz müsbət bir nəticənin əldə
olunmasını istəyiriksə, Azərbaycanla əlaqə vasitələrimizi açıq
saxlamalıyıq: Azərbaycan və digər Şərq tərəfdaşlarımızla daha yaxşı
dialoqa ehtiyacımız var. Azərbaycanda qadın qrupları arasında
dostlarımın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, onlar qadın
hüquqlarının inkişafı üçün böyük işlər görürlər. Lakin görürəm ki, Avropa Parlamentinin
qətnaməsi Aİ və Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərib.
Bu fakt bir çoxlarını, o cümlədən Aİ ilə daha yaxın əməkdaşlığı
dəstəkləyənləri məyus edib. Bu cür cəhdlər heç bir müsbət nəticə
verməyəcək. Avropa Parlamenti Azərbaycanla daha yaxından dialoq qurmalıdır və əgər biz konkret
nəticələr görmək istəyiriksə, bu proses konstruktiv şəkildə baş
verməlidir”.