"Bir şəxsin eyni zamanda bir neçə yüksək vəzifəni daşıması, dövlət tərəfindən müxtəlif orden, medallarla təltif edilməsi, daha sonra biabırçı şəkildə vəzifəsindən azad edilməsi, vəzifələrə yerləşdirdiyi qohumların qara siyahıya salınması faktları ölkəmizdə kadr təyinatının bilik, bacarıq, zəngin təcrübə əsasında deyil, tayfa, region prinsiplərinə, proteksionizmə söykəndiyini göstərir ki, bu da nəticə etibarı ilə Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurur”.
"AzPolitika”nın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademik Abel Məhərrəmov ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında belə deyilir.
Partiya hesab edir ki, belə neqativ hallar eyni zamanda diplomatiyamızda, ölkəmizin xarici siyasətinin təmsilçisi olan şəxslərin fəaliyyətində açıq şəkildə özünü büruzə verir. "Sonradan bəlli olur ki, bir çox səfir və konsullarımız onlara verilən səlahiyyət hədlərini aşır, ölkəmizi layiqincə təmsil etmək, təmsil olunduqları ölkələrlə Azərbaycanın əlaqlərinin hərtərəfli inkişafını təmin etmək əvəzinə alverə, biznesə qurşanır, ölkəmiz haqda mənfi rəy formalaşdırır”.
ADP dünyada anoloqu olmayan, ölkəmizi gözdən salan bu cür fəaliyyətin yolverilməz olduğunu qeyd edib və dövlət başçısını Xarici İşlər Nazirliyinin işinin yenidən qurulması, bu sahədə ciddi islahatlar aparılması barədə ciddi addımlar atmağa çağırıb.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?