Berbok: Ərdoğanın bu fotoda olması meydan oxumaqdır

Berbok: Ərdoğanın bu fotoda olması meydan oxumaqdır

Almaniyanın xarici işlər naziri Annalena Berbok Tehran sammitindən Ərdoğan, Putin və Rəisinin birgə fotosunu şərh edib.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, xarici işlər naziri bu barədə Almaniyanın "Bild" qəzetinə müsahibəsində danışıb.

"Türkiyə prezidentinin bu fotoda olması, yumşaq desək, meydan oxumaqdır”, - deyən Berbokun fikrincə, foto xüsusən NATO üzvü üçün anlaşılmazdır.

Tehran sammiti ilə bağlı fikirlərini bölüşən alman nazir belə davam edib: "Tehrandakı görüş bir daha ortaq dəyərlərimiz üçün bir yerdə olmağımızın nə qədər vacib olduğunu göstərdi”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az