Bərdə Su Kanal İdarəsindən-ŞİKAYƏT

Bərdə Su Kanal İdarəsindən-ŞİKAYƏT

 Bərdə Su Kanal İdarəsindən şikayət: Seçki əhval -ruhiyyəsində olan sakinləri  narazı salmaq  olduqca xətalı məsələ sayıla bilər. 

Bərdə şəhəri Nizami küçəsi döngə 9-da yaşayan bir qrup sakin Miq.Az-ın redaksiyasına müraciət  edərək bildiriblər ki, onların küçəsi ilə Nüşabə küçəsinin kəsişdiyi yerdə su borusu partlayıb. Aylardan bəridi ki, sızan su küçəni bərbad günə qoyur. Küçədə göl əmələ gəlib. Zığ-palçıqdan hərəkət eləmək olmur. Suyun davamlı olaraq sızması elektrik xəttlərinin daşıyıcı dirəklərinin basdırıldığı torpağı boşaltması eyni zamanda sakinlərin həyatı üçündə təhlükə yaratmış olur.

Şikayətçilərdən Rəna Hüseynova adlı sakin bildirir ki, evinin yaxınlığındakı elektrik dirəyinin dibinə hər gün su axır. Hər an evin üzərinə aşa bilər. Yaranan təhlükə onu çox narahat edir.

Sakinlər bununla bağlı dəfələrlə Bərdə Su Kanal İdarəsininə, Bərdə Rayon İcra hakimiyyətinə müraciət etsələr də, məsələnin həlli mümkün olmayıb. 
Məsələ ilə bağlı Bərdə Su Kanal İdarəsindən baş mühəndis Yusif müəllim vətəndaşlarla əlaqə saxlayacaqlarını dərhal tədbir görüləcəyini dedi. Həm də bildirdi ki, Bərdədə ki, su borularının 60 faizi istismara yararsız vəziyyətdədir. Su sızması var. Bu sayaq problemin həlli onların imkanları xaricindədir. Problemin həlli istiqamətində layihə hazırlandığını, su xəttlərinin yenilənəcəyini bildirdi. Layihənin nə vaxt icra olunacağı isə bəlli deyil. İdarənin baş mühəndisi  layihənin hazırlanması ilə yuxarı təşkilatların  məşğul olduğunu deyib.

Bir neçə gün keçməsinə baxmayaraq hələ də adı çəkilən küçəni su  götürüb gedir. Küçə sakinləri bildirirlər ki, Su Kanal İdarəsindən məsələ ilə bağlı maraqlanan olmayıb. 

Görünür Bərdədə Su Kanal təsərrüfatının yenidənqurulması layihəsi xəbəri adı çəkilən qurumu əməlli başlıca arxayın salıb. Əllərini işdən saxlayıblar ki, Bərdədə nə qədər qəzalı işlər varsa, hamısını layihə vaxtı bir dəfənə düzəldərlər. 

Seçki əhval -ruhiyyəsində olan sakinləri isə narazı salmaq  olduqca xətalı məsələ sayıla bilər. Bir seçicini belə, hakimiyyətdan narazı salmaq, xidmətə cavabdeh şəxslərin yarıtmaz işinin nəticəsi deməkdir.
Mövzuya yenidən qayıdacağıq.




Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az