Bərdədə "MAXE"-ni maşın vurdu - Vəziyyəti ağırdır

Bərdədə

Bərdədə hərbi qulluqçunu avtomobil vurub.

Miq.Az-ın məlumatına görə,  hadisə Bərdə rayon Gərənə kəndi ərazisində baş verib.  Belə ki,  Daxili qoşunlarda xidmət edən müddətdən artıq hərbi qulluqçu, Mingəçevir şəhər sakini 2000-ci il təvəllüdlü İsayev İlqar Vüqar oğlu yolu keçmək istəyərkən  "VAZ 21011" markalı minik avtomobili vuraraq hadisə yerindən qaçıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.İsayev Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Sonradan vəziyyəti ağırlaşdığından o, Bakıya göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az