"Beş mərtəbə" dairəsi ləğv edildi

Bakıda "Beş mərtəbə" dairəsinin ləğvi ilə əlaqədar əraziyə Azərbaycan prospektindən giriş məhdudlaşdırılır.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunuraraq park ərazisinə birləşdirilir.
Bununla əlaqədar olaraq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.
Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az