Vətəninfo.az xəbər verir ki, Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Nabur kəndində toy mərasimi zamanı qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Məhyəddinov Elnur Faiq oğlu özünün toy mərasimində dəvət etdiyi qonağı tərəfindən bıçaqlanıb.
Məlumata görə, toy mərasimində spirtli içki qəbul edən gənclər arasında şəxsi münasibətlər zəminində dava baş verib. Davaya toyu olan Elnur Məhyəddinov da qoşulub. Hadisə zamanı onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Bəkirov İsmət Əli oğlu üzərində gəzdirdiyi bıçaqla Elnur Məhyəddinova bir neçə dəfə xəsarət yetirib. Yaralı təcili olaraq Qobustan Mərkəzi rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törədən İsmət Bəkirov tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil. Əlbəyaxa dava zamanı bir neçə nəfərin yüngül xəsarət aldığı da bildirilib. Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...