"Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməlidir"

Beynəlxalq ictimaiyyət bu gərgin məqamda Rusiyanın göstərdiyi fəallıq səviyyəsində iştirakını artırmaq yolu ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilərdi. Rusiya prezidenti, müdafiə naziri və xarici işlər naziri bu məsələdə aktiv mövqe tutur.
Miq.az bildirir ki, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ATƏT-in Minsk qrupunun simasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli nizamlanmasına kömək etməyə çalışır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az