Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax Olimpiya Günü münasibətilə bəyanat yayıb. Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bəyanatda T.Baxın Olimpiya Günü bayramına qoşulanlara təşəkkürü yer alıb.
Bəyanatda bildirilir ki, dünyanın hər bir tərəfində bütün insanlar Olimpiya Hərəkatının yaranmasını qeyd edir və bununla Olimpiya dəyərlərinin əsasında duran birliyi və idman sevincini paylaşırlar.
Müraciətdə Olimpiya Gününün yaşından və idman qabiliyyətindən asılı olmayaraq, hər kəsə aid olduğu bildirilir. Sonda T.Baxın Olimpiya Günü münasibətilə tədbirə qatılan hər kəsə minnətdar olduğu qeyd edilib.
Qeyd edək ki, İOC-un 1948-ci ilin yanvarında İsveçrənin Sankt Morits şəhərində keçirilmiş 42-ci sessiyasında Olimpiya Gününün keçirilməsi haqqında qərar qəbul olunub. Sessiya Olimpiya Günü bayramını iyunun 17-dən 24-dək olan müddətdə qeyd etməyi məqsədəuyğun sayıb və bu tarixin seçilməsinin səbəbi Beynəlxalq Olimpiya Komitəsinin iyunun 23-də yaradılması olub. I Olimpiya Günü 1948-ci il iyunun 23-də dünyanın 9 ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”