Bir əsgərimiz şəhid oldu

Bir əsgərimiz şəhid oldu

Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub.

Zərdab rayonunun Şahhüseyinli kənd sakini, 1996-cı il təvəllüdlü Samir Dadaş oğlu Orucov ötən gecə Murovda hərbi xidmətini yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib.

Kənd sakini Vüqar Şıxıyevin  məlumatına görə, başından güllə yarası almış S.Orucovun cәsәdi dünәn gecә ailәsinә təhvil verilib. Şəhid əsgər bu gün saat 12-də kənd qəbiristanlığında dəfn olunub.

S.Orucovun hərbi xidməti başa vurmasına 27 gün qalmışdı. Qeyd edək ki, onlar ailәdә 2 qardaş, 1 bacıdırlar.

Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az