Hüquqşünas Aslan İsmayılovun Binəqədi Rayon Məhkəməsində aylardır, davam edən məhkəmə prosesi bu gün yekunlaşıb. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hüquqşünas bir il islah işlərinə cəlb olunma cəzası alıb. Eyni zamanda, A.İsmayılovun qazancının 20%-nin tutulması və onun 1500 manat məbləğində cərimə olunması barədə qərar da var.
Qeyd edək ki, hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. İttihama görə, A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıdıb, səs-küy salıb iş prosesini pozmaq istəyib. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməmək haqda iltizam-qətimkan tədbiri seçmişdi.
Onu da xatırladaq ki, bu A.İsmayılovun ilk cəzası deyil. Bundan öncə Səbayel Rayon Məhkəməsi iş adamı Mürvət Həsənlinin şikayəti əsasında onun qazancından 15% dövlət nəfinə tutulmaqla, hüquqşünasın 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb. Həmçinin o, 1500 manat cərimə olunub. Eyni zamanda, Səbayel Məhkəməsi "Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin şikayəti əsasında onu 1500 manat cərimələyib.(Musavat.com)
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?