Bir ildə Azərbaycanda 27 mindən çox abort qeydə alınıb

Bir ildə Azərbaycanda 27 mindən çox abort qeydə alınıb

Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov  Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, 2014-cü ildə Azərbaycanda 27 220 abort qeydə alınıb.

Bu rəqəm ötən illə müqayisədə 672 abort halının azaldığını göstərir. Komitə rəsmisi bildirib ki, 2014-cü ildə ən az abort etdirənlər 15-17 yaşlılar olub:

“15-19 yaşlılar arasında cəmi 1 161 abort baş verib ki, onlardan 88-i 15-17 yaşlılar, 1 073-ü isə 18-19 yaşlılar qrupunda qeydə alınıb. 20-24 yaşlı xanımlar arasında belə statistik rəqəmlər 5 738, 25-29 yaşlılarda 8 365, 30-34 yaşlılarda 7 756, 35 və yuxarı yaşlılarda isə 4 200 olub”.

Doğuşların sayına gəlincə, komitə rəsmisi deyib ki, cəmi 168 889 doğuş qeydə alınıb, bunlardan 30 561-i qeysəriyyə əməliyyatı ilə baş tutub.

Şöbə müdiri həmçinin bildirib ki, 2013-cü ildə cəmi abortların sayı 27 892 olub:

“15-19 yaşlılar arasında 1 147 abort baş verib. 20-24 yaşlılar arasında 5 710, 25-29 yaşlılar arasında 8 958, 30-34 yaşlılar arasında 7 849, 35 və yuxarı yaşda olanlar arasında isə 4 228 abort qeydə alınıb.

2013-cü ildə doğuşların sayı - cəmi 171 508 olub ki, bunlardan qeysəriyyə əməliyyatı ilə həyata keçirilən doğuşlar 28 954 təşkil edib”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az