
Fotoda: Səmra Özal İçərişəhəri gəzir
Mənbə: "Kommunist" qəzeti, 1990-cı il
Səmra Özal Gəncəyə səfəri zamanı Məhsəti Gəncəvinin abidəsini ziyarət edib, Nizami Gəncəvi və Puşkin adına kitabxanaya baş çəkib, habelə Göygöldə olub. Türkiyə prezidentinin xanımı bunun ardınca Şəkiyə gedib, orada Xan Sarayı və ipək istehsalı zavodu ilə tanış olub, daha sonra Bakıya qayıdıb.
O, Bakıda Azərbaycan SSRİ-nin prezidenti Ayaz Mütəllibov və Ali Sovetin sədri Elmira Qafarova ilə görüşüb.

Təqdim etdiyimiz foto isə "Gülüstan" sarayında təşkil edilən ziyafət zamanı çəkilib. "Anadolu" agentliyinin müxbiri tərəfindən lentə alınan fotodakı şəxslər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə (solda), Türkiyə prezidentinin xanımı Səmra Özal (sağda) və Türkiyənin Moskvadakı səfiri Volkan Vuraldır (sağda ikinci).
Qeyd edək ki, bu səfərdən bir il sonra Zemfira Verdiyeva da Türkiyəyə gedərək, xanım Özalın qonağı olub.