Birinci vitse-prezidentə SUİ-QƏSD: Həyat yoldaşı saxlanıldı

Birinci vitse-prezidentə SUİ-QƏSD: Həyat yoldaşı saxlanıldı

Zimbabvenin Birinci vitse-prezidenti Konstantino Çivenqanın 38 yaşlı həyat yoldaşı Meri Çivenqa saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı "Blumberq” agentliyi yayıb. Məlumata görə, Meri Çivenqa həyat yoldaşına qarşı sui-qəsddə ittiham olunur.

Zimbabve Prokurorluğu qadının 23 iyun 2019-cu ildə 63 yaşlı həyat yoldaşına tibbi yardım etməkdən imtina etdiyini və yalnız son anda mühafizəçilərinin müdaxiləsi sayəsində xəstəxanaya çatdırıldığını bildirib.

Yerli "Standart” qəzeti isə qadının həmçinin ölkədən qanunsuz 1 milyon dollar çıxarmaqda və 920 min dollar çirkli pulu yumaqda ittiham olunduğunu yazıb.

Qeyd edək ki, Konstantin Çivenqa Robert Muqabeni hakimiyyətdən devirən əsas şəxslərdən biridir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az