“Biz Ukraynanı işğal etməmişik” - Lavrov

“Biz Ukraynanı işğal etməmişik” - Lavrov

"Biz Ukraynanı işğal etməmişik”.

Miq.Az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov  BBC-yə deyib.

"Biz xüsusi hərbi əməliyyat elan etdik, çünki Qərbə Ukraynanın NATO-ya cəlb edilməsinin cinayət olduğunu başa salmaq üçün tamamilə başqa yolumuz yox idi”, - deyə XİN rəhbəri açıqlama bildirib.

Rusiyanın Böyük Britaniya ilə münasibətləri barədə suala cavab verən Lavrov deyib ki, artıq manevr üçün yer yoxdur:

"Çünki Conson və Truss açıq şəkildə "biz Rusiyanı məğlub etməliyik”, "onu diz çökdürməliyik” deyə iddia edirlər. Yaxşı, davam edin”, - deyə Lavrov cümləsini tamamlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az