https://www.gununsesi.info/wp-content/uploads/2025/01/003.jpg 450w" sizes="(max-width: 354px) 100vw, 354px" style="box-sizing: inherit; border-width: 0px; border-style: initial; height: auto; max-width: 100%; vertical-align: middle;" />
Konkret olaraq Nəriman rayonunda bu halların baş verməsindən onun xəbəri yoxdurmu?
Varsa, qarşısını almağa gücü çatmırmı?
Adamın inanmağı gəlmir ki, o boyda rayonda, o boyda çox hörmətli, izzətli başçı belə halların baş verməsinə yol versin…
Hələlik bir az da ritorik olan suallarımızın cavabını bilmirik, amma 41 yaşlı Ruhiyyə Rüstəmovanın belə cinayətlərin qurbanı olduğunu dəqiq bilirik.
https://www.gununsesi.info/wp-content/uploads/2025/01/1000-150x150.jpeg 150w, https://www.gununsesi.info/wp-content/uploads/2025/01/1000-768x767.jpeg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2025/01/1000.jpeg 903w" sizes="(max-width: 353px) 100vw, 353px" style="box-sizing: inherit; border-width: 0px; border-style: initial; height: auto; max-width: 100%; vertical-align: middle;" />
Ruhiyyə Rüstəmova Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində dalandar vəzifəsində işləyir.
Gununsesi.info-nun xəbərinə görə, o deyir ki, rəsmi iş vaxtının səhər saat 7 –də başlamasına baxmayaraq, onlardan artıq 8-ə qədər bütün işləri bitirməkləri tələb olunur. Buna görə də hər saat səhər 4-də, hələ dan yeri sökülməmiş işə başlamalı olurlar.
Qısa haşiyə çıxaraq oxucuların diqqətinə bir şeyi də çatdırmaq istəyirik:
Statistikaya baxılsa, adı səhərə yaxın olsa da, gecənin o qaranlığında nə qədər qəzalar olub və o qəzalarda dünyasını dəyişən insanlar da məhz həmin saatda işləməyə məcbur edilən şəxslərdir.
Belə ki, Ruhiyyə Rüstəmova işə qaranlıqda başladığı kimi, elə qaranlıqda da bitirdiyini deyir. Buna səbəb isə, müdirinin ondan öhdəliyində olmayan küçələri də süpürməyi tələb etməsidir.
O, həmçinin deyir:
"Əlavə işə görə heç bir əlavə ödəniş ödənilmir.”
"Nərimanovda 50-60 yerdə zibil qabları var, onları cəmi 4 nəfər təmizləyir. Bütün kartlar, pullar cibə gedir. İndi də həyət işçlərini çıxardıblar. Bizdən bir neçə yol işçisini də şərləyib işdən atıblar. İndi əlavə yolları bizim üstümüzə yükləyərək maaş kartları alırlar.”,-deyə Ruhiyyə Rüstəmova bildirib.
O, bütün bunların necə həyata keçməsini də izah edib:
"Öz tanışlarının adlarını yazdırırlar, yoxlama gələndən gələnə həmin adamları tökürlər ora ki, guya bunlar buranın işçisidir. Yoxlama gedəndən sonra da yenə həmin 4 nəfər qalır.”
Ruhiyyə xanım sonda haqlı bir sual da ünvanlayır:
"Niyə mən yer süpürməliyəm, amma bunun pulunu başqası yeməsidir?!”
O, əlavə olaraq bayramlarda da işlədiyini, lakin buna görə də əlavə pul almadığını bildirir, üstəlik, işinin ağırlığı onun səhhətinə də mənfi təsir göstərdiyi bildirir.
Onu da qeyd edək ki, Elgin Həbibullayev, ümumi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti haqqında, fəaliyyətləri barəsində çoxsaylı narazılıqlar var ki, bunları bilmək üçün mediada və sosial şəbəkədə yazılan hallara baxmaq kifayət edir.
Əslində, bu və bənzəri qanun pozuntuları kifayət edir ki, bu rayon icra hakimiyyəti barəsində tədbir görülsün…