Balakən rayonunda Rusiyada yaşayan iş adamının villasını yandıran keçmiş məhkum saxlanılıb.
Balakən rayonu Katex kənd sakinlərinin "Report”un Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, Rusiya Fedarasiyasında yaşayıb bizneslə məşğul olan Mahalov Hacı Əhma oğlunun Katex kəndində olan villasını yandırmaqda şübhəli sayılan doğma bacısı oğlu Tural Cavadxan oğlu İsayev bir neçə gün əvvəl rayon polisi tərəfindən saxlanılıb.
"Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, Tural İsayev bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi və Rusiyada yaşayan dayısı Hacı Mahalova məxsus əmlakı yandırmaqda təqsirli sayılaraq məhkəmənin qərarı ilə barəsində 3 il müddətinə azadlıqdan məhrum edilib. İki ay əvvəl azadlığa çıxan Tural İsayev dayısına zəng edərək ondan küllü miqdarda pul tələb edib. Dayısı pul verməyəcəyi halda ona məxsus villanı yandıracağı ilə hədə-qorxu gəlib. Sentyabrın 22-dən 23-nə keçən gecə Hacı Mahalova məxsus ikimərtəbəli 15 otaqlı villa içərisindəki əşyalarla birlikdə yanaraq kül olub.
Tural İsayev dayısının mülkünü yandırmaqda şübhəli sayılaraq həbs olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA