“Bloomberg”: ABŞ-ın parçalanması reallığa çevrilə bilər

“Bloomberg”: ABŞ-ın parçalanması reallığa çevrilə bilər

"Bloomberg” agentliyinin köşə yazarı Maks Hastinqs bəyan edib ki, ABŞ-ın parçalanma ehtimalı minilliyin əvvəlləri ilə müqayisədə indi xeyli yüksəkdir.

Müəllif Virciniya Universitetinin sorğusunun nəticələrinə istinad edərək, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçicilərinin 52%-nin "respublikaçı” ştatların ABŞ-dan ayrılaraq müstəqil dövlət yaratmasının tərəfdarı olduğunu bildirib. Eyni zamanda, o, hazırkı lider Co Baydeni dəstəkləyən respondentlərin 41%-nin "demokratik” ştatların ayrılmasını istədiklərini vurğulayıb.

Hastinqsin sözlərinə görə, yaxın gələcəkdə ABŞ-ın bəzi ştatları ölkədən ayrılmaq istəyə bilər. İlk növbədə, söhbət Kaliforniya və Texasdan gedir.

Ekspert etiraf edib ki, Amerika cəmiyyətindəki parçalanmanın kökündə son illərdə kəskinləşən irqi ayrıseçkilik problemi dayanır. Bundan əlavə, ştatlarda digər azlıqlara da fərqli yanaşma cəmiyyətdə parçalanmalar yaradır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az