Bodrumu sel apardı: Yaralılar var
Türkiyənin Muğla vilayətinin Bodrum mahalında daşqınlar həyatı iflic edib.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, dünən axşam saatlarında başlayan və təxminən 3 saat davam edən leysan daşqınlarla nəticələnib. Təbiət hadisəsi nəticəsində 8 nəfər yaralanıb. Sel suları 20-ə yaxın avtomobili yararsız hala salıb.
Türkiyə Meteorologiya İdarəsinin məlumatına görə, Egey dənizinin cənub sahilləri ilə Aralıq dənizinin qərb sahili arasında yerləşən bölgədə leysan yağışlarılnın davam edəcəyi gözlənilir.