Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Bolqarıstan Respublikasının prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri oktyabrın 14-də başa çatıb.

Miq.az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az