Boşananların sayı artdı

Boşananların sayı artdı
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri keçən il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alıb.

Miq.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), Şirvan-Salyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az